Ərəbistan Yəməndə yaşayış məntəqəsini vurdu, 13 nəfər həlak oldu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i322909-Ərəbistan_yəməndə_yaşayış_məntəqəsini_vurdu_13_nəfər_həlak_oldu
Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri koalisiyası Yəmənin Hudəydə vilayətində yaşayış məntəqələrinə qarşı hücumlarını davam etdirirlər. Hudəydə hava limanı ətrafında isə müqavimət qüvvələri ilə təcavüzkarlar arasında ağır döyüşlər gedir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 15, 2018 15:05 Asia/Baku
  • Yəməndə savaş
    Yəməndə savaş

Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri koalisiyası Yəmənin Hudəydə vilayətində yaşayış məntəqələrinə qarşı hücumlarını davam etdirirlər. Hudəydə hava limanı ətrafında isə müqavimət qüvvələri ilə təcavüzkarlar arasında ağır döyüşlər gedir.

 

Səudiyyə koalisiyasının Yəmənin Əl-Hudəydə vilayətində yaşayış məntəqələrinə qarşı ən son hücumlarında 13 mülki həyatını itirib. Ərəbistan qırıcıları həmçinin, Beynəlxalq Ərzaq Fondunun Əl-Hudəydə vilayətində yerləşən anbarına da raket zərbələri endiriblər. Yəmənin Ali İnqilab Komitəsinin sədri Ərəbistanın Beynəlxalq Ərzaq Fondunun ərzaq anbarlarını hədəfə almasına dair xəbərdarlıq edərək, bu beynəlxalq qurumun anbarlarına edilən hücumları dünya ictimaiyyəti və beynəlxalq dairələrin Ərəbistanın cinayətləri qarşısında sükut etməsinin nəticəsi adlandırmışdı.

Bir yəmənli deyir: “Ərəbistanın Yəməndə ərzaq anbarını vurması ilk belə hadisə deyil. Hudəydə vilayətində ərzaq anbarlarını hədəfə alması Ali-Səud rejiminin beynəlxalq qanunlara əhəmiyyət verməməsinin nişanəsidir.”

Bu cinayətlərə cavab olaraq yəmənli qüvvələr pilotsuz uçan aparatlar ilə qərb sahilində təcavüzkar qüvvələrin mövqelərini hədəfə alıblar. Yəmənin hava qüvvələri bütün hədflərin məhv edildiyini bildirib. Həmçinin, Əl-Fazə məntəqəsində təcavüzkar qüvvələrə məxsus 3 tədarükat maşını məhv edilib. Yəmənli mübarizlər Hudəydə hava limanı ətrafında işğal edilmiş bir neçə məntəqəni də azad ediblər.

Yəmənli mübarizlərdən biri deyir: “Tağut bilsin ki, Əba Əbdullah Əl-Hüseynin şəhadəti günlərində xüsusilə Aşura günündə misilsiz qəhrəmanlıqlar yaradacağıq. Ölsək belə, qanımız İmam Hüseyn(ə) və Kərbəla şəhidlərinin qanından daha dəyərli deyil.”

Yəmən ordusunun raket bölməsi də Səudiyyə koalisiyasının cinayətlərinə cavab olaraq Ərəbistanın ARAMKO neft şirkətinin Cizandakı neftayırma zavodunu bir ədəd “Bədr-1” ballistik raketi ilə hədəfə alıb.