Sen 16, 2018 08:57 Asia/Baku
  • Yəmənlilər irəliləyiblər
    Yəmənlilər irəliləyiblər

Yəmənli qüvvələr Təəz vilayətində Səudiyyə muzdlularına hücum edərək yeni əraziləri nəzarətə alıblar.

Spotnikin verdiyi məlumata görə, Yəmən Ənsarullah Hərəkatı bu gün bildirib ki, bu ölkənin müqavimət qüvvələri Təəcin cənubunda Heyfan şəhərində Səudiyyə muzdlularının mövqelərinə hücum edərək bir neçə hündürlüyü tam nəzarətə alıblar. 

Hücumda bir neçə muzdlu ölüb və yaralanıb onların təchizatları məhv edilib. 

Ənsarullah qüvvələri həmçinin Təəz vilayətinin qərb cəbhəsində Məqbənə şəhərinə nüfuz etmək istəyən muzdluların irəliləyişinə mane olublar. 

Yəmən ordusu və Ənsarullah birləşmələri Əccof vilayətində də Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalissiyanın mövqelərini Qasif-1 Pilotsuz Uçan Aparatla hədəfə alıblar.

Teqlər