Əfqanıstan seçki komissiyası seçkilərin təxirə düşməsi barədə xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i322960-Əfqanıstan_seçki_komissiyası_seçkilərin_təxirə_düşməsi_barədə_xəbərdarlıq_edib
Əfqanıstan seçki komissiyasının sədri bu ölkədə parlament seçkilərinə hazırlıq prossesinin ləngidilməsi barədə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 16, 2018 16:08 Asia/Baku
  • Əfqanıstan seçki komissiyası seçkilərin təxirə düşməsi barədə xəbərdarlıq edib
    Əfqanıstan seçki komissiyası seçkilərin təxirə düşməsi barədə xəbərdarlıq edib

Əfqanıstan seçki komissiyasının sədri bu ölkədə parlament seçkilərinə hazırlıq prossesinin ləngidilməsi barədə xəbərdarlıq edib.

İRİB-in verdiyi məlumata görə, Əbdül-Bədi Səyyad bu gün Kabildə mətbuat konfransında müxalifətin seçki komissiyasının bir neçə ofisini bağlaması barədə xəbərdarlıq edib və deyib: Onların bu hərəkətləri davam edərsə Əfqanıstanda parlament seçkiləri təyin edilmiş 20 oktyabr üçün keçirilə bilməyəcək . 

Seçki komissiyasının sədri eyni zamanda deyib: Əfqanıstan hökuməti və təhlükəsilzik qüvvələri bu komissiyanın işçilərinin təhlükəsizliyini müxtəlif vilayətlərdə təmin edirlər .