İraqın yeni parlamenti işə başladı
-
İraqın yeni parlamenti işə başladı
İraq Parlamentində çoxluqda olan fraksiyanın müəyyənləşməsi müqavimət mehvəri üçün ölkənin siyasi həyatında böyük bir uğur hesab olunur. Müqavimət mehvəri daha öncə ABŞ və Ərəbistan tərəfindən himayə olunan terrorizm cərəyanı üzərində qələbə çalmaq və ölkəni işğaldan azad etməklə adını tarixə yazıb.
ABŞ prezidenti və bəzi regioanl müttəfiqləri tərəfindən müdaxilə və təhdid siyasəti çərçivəsində bütün diplomatik qaydaların və əxlaq normalarının pozulması marafonunun ardınca nəhayət İraqın yeni parlamenti xalqın rəyi əsasında formalaşıb. Əl-Ənbar vilayətindən olan sünni namizəd könüllü xalq qüvvələrindən formalaşmış “Quruculuq” koalisiyasının dəstəyi ilə İraq Parlamentinin sədri seçilib.
Fəth Koalisiyasının nümayəndəsi deyir: “Yeni baş nazirin seçilməsi və nazirlər kabinetinin təşkil edilməsinə dair Fəth və Sairun koalisiyaları arasında anlaşmanın əldə edilməsinə çalışırıq. Biz çoxluqda olduğumuzu nəzərə alaraq, parlamentin sədrini seçməyə nail olduq. Amma, prezident və baş nazirin seçilməsində bizimlə eyni fikirdə olan bütün qrupların iştirak etməsini istəyirik.”
Əl-Həl Buşi-nin İraq Parlamentinin sədri seçilməsi ilə çoxluqda olan fraksiya da müəyyənləşmiş oldu. Baş nazirin təyin edilməsi vəzifəsinə malik olan çoxluq fraksiyasının müəyyən olunması ilə ABŞ, Britaniya və Ərəbistan üçbucağının İraqın gələcək parlamenti və hökumətini qeyri-milli siyasətlərə asılı etmək cəhdi uğursuzluğa düçar olub.
İraqlı analitik deyir: “Amerikalılar İraqdakı siyasi proseslərin gedişini dəyişməyə və yeni hökumətin təşkil edilməsi prosesinə mənfi təsir buraxmağa çalışdılar. Onların əsas məqsədi müqavimət mehvərini ölkənin siyasi proseslərindən uzaqlaşdırmaqdır. Amma, buna nail ola bilmədilər.”
Çoxluqda olan fraksiya öz varlığını elan etməklə ilk növbədə yeni prezidentin daha sonra isə baş nazir və nazirlər kabinetinin formalaşması prosesini sürətləndirmiş olub. Bu isə ölkədə siyasi sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə və ölkənin sürətlə inkişaf etməsinə zəmin yarada bilər.