Səudiyyə koalisiyasının Əl-Hüdəydəyə qarşı hücumlarının yeni mərhələsinə start verilib
Sen 18, 2018 04:11 Asia/Baku
-
Səudiyyə koalisiyasının Əl-Hüdəydəyə qarşı hücumlarının yeni mərhələsinə start verilib
Təcavüzkar Səudiyyə koalisiyası dünən gecə Yəmənin qərbində Əl-Hüdeydə şəhərini işğal etmək üçün yeni əməliyyata başlayıb.
İRİB-in verdiyi məlumata görə, Səudiyyə koalissiyasının Yəmənin qərbindəki komandanı Əli Əttənici bildirib ki, koalisiya qüvvələri Əl-Hüdeydə şəhər və limanını ələ keçirmək üçün yeni əməliyyatlara başlayıblar.
Əttənici bildirib ki, bu əməliyyat bir neçə istiqamətdən başlanıb.
Eyni zamanda təcavüzkar Səudiyyə təyyarələri dünən gecə Əl-Hüdeydəni dəfələrlə bombalayıblar.
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri 13 iyunda Əl-Hüdeydəni işğal etmək üçün geniş hücumlara başladılar amma indiyədək buna nail ola bilməyiblər.
Əl-Hüdeydə limanı Yəmənə humanitar yardımların çatdırılmasının ən əsas yoludur.