Suriya ordusu: Laziqiyyəyə hava hücumunu İsrail həyata keçirib
-
Suriya ordusu: Laziqiyyəyə hava hücumunu İsrail həyata keçirib
Suriya ordusu bu gün səhər çağı bir bəyanatda bildirib ki, Laziqiyyə şəhərinə qarşı hava hücumu İsrail hərbi təyyarələri vasitəsi ilə Livanın hava məkanından istifadə olunaraq həyata keçib.
İRNA-nın verdiyi məlumata görə, Suriya ordusu xatırladıb ki, sionist rejim hərbi təyyarələri Laziqiyyədə bir sənaye üzrə araşdırma mərkəzini hədəfə alıblar.
Suriya ordusunun bildirdiyinə görə, bu hücum sözü gedən mərkəzə ziyan vurub və iki nəfər də şəhid olub.
Suriya ordusu bu bəyanatda bildirib ki, sionist rejim bu hücumlarla İdlib vilayətində məğlub edilmiş terrorçuların əhval ruhiyyəsini düzəltməyə cəhd göstərir.
Sionist rejim şənbə günü də Dəməşq beynəlxalq hava limanını raketlə hədəfə aldı. Suriyanın hava hücumundan müdafiə qüvvələri həmin raketlərin bir neçəsini havada məhv etdi.