Sionist rejim Qəzzəni bombalayıb
Sen 18, 2018 04:15 Asia/Baku
-
Sionist rejim Qəzzəni bombalayıb
Sionist rejim hərbi təyyarələri bu gün səhər Qəzzə zolağını raketlə hədəfə alıblar.
Fələstinli qaynaqlar bildiriblər ki, sionist rejim hərbi təyyarələri Qəzzənin cənubunda Xan Yunusda Fələstin müqavimət qüvvələrinin mövqelərini bombalayıblar.
Hələlik bu hücumun insan tələfatı və ziyanları barədə məlumat yoxdur.
Sionist rejim dekabrdan Qəzzəyə hava hücumlarının növbəti mərhələsinə start verib
Sionist rejimin Qəzzə zolağına hücumlarında indiyədək minlərlə fələstinli şəhid olub və yaralanıb.
Qəzzə zolağı 2006-cı ildən İsrailin hava, dəniz və quru mühasirəsindədir və sakinləri ciddi problemlərdə üz-üzədirlər.