Yəmənlilər bir neçə muzdlunu məhv ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i323110-yəmənlilər_bir_neçə_muzdlunu_məhv_ediblər
Yəmən ordusu və xalq komitələrinin səudiyyəlilər və onların muzdlularına qarşı silsilə əməliyyatlarının davamında Nehimmdə bir neçə səudiyyə muzdlusu öldürülüb və yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 18, 2018 06:59 Asia/Baku
  • Yəmənlilər bir neçə muzdlunu məhv ediblər
    Yəmənlilər bir neçə muzdlunu məhv ediblər

Yəmən ordusu və xalq komitələrinin səudiyyəlilər və onların muzdlularına qarşı silsilə əməliyyatlarının davamında Nehimmdə bir neçə səudiyyə muzdlusu öldürülüb və yaralanıb.

Mehr xəbər agentliyi Əl-Məsirə telekanalına istinadla bildirir ki, Yəmən qüvvələrinin əməliyyatında Əccofdakı muzdlular da hədəfə alınıblar. 

Yəmən mediyalarının bildirdiklərinə görə, Yəmən ordusu və xalq komitələri başqa bir əməliyyatda qərb sahilində də muzdluları məhv ediblər. 

Digər tərəfdən Səudiyyə koalisiyasının hərbi təyyarələri Əl-Hüdeydə limanında Yəmən ordusuna məxsus bir kollecə hücum ediblər hələlik bu hücumun tələfatı və xəsarətləri barədə məlumat yoxdur. 

Təcavüzkar Səudiyyə koalisiyası 13 iyundan Əl-Hüdəydə limanını ələ keçirmək istiqamətində geniş hücumlara başlayıb. Hüdəydə limanı Yəmənə humanitar yardımların köçürülməsinin əsas yoludur.