Dəməşq Rusiya-Türkiyə razılaşmasını müsbət qarşılayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i323125-dəməşq_rusiya_türkiyə_razılaşmasını_müsbət_qarşılayıb
Suriya dövləti Türkiyə və Rusiya arasında Suriyanın İdlib bölgəsində silahsız zonanın yaradılmasına dair razılaşmanı müsbət qarşılayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 18, 2018 13:14 Asia/Baku
  • Dəməşq Rusiya-Türkiyə razılaşmasını müsbət qarşılayıb
    Dəməşq Rusiya-Türkiyə razılaşmasını müsbət qarşılayıb

Suriya dövləti Türkiyə və Rusiya arasında Suriyanın İdlib bölgəsində silahsız zonanın yaradılmasına dair razılaşmanı müsbət qarşılayıb.

İSNA-nın verdiyi məlumata görə, Suriyanın Xarici İşlər Nazirliyində bir qaynaq bu gün bir bəyanatda bildirib: Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Təyyib Ərdoğan arasında İdliblə silahsız zonanın yaradılmasına və bu vilayətdə hərbi əməliyyatların həyata keçirilməməsinə dair əldə edilmiş razılaşma Moskva ilə Ankara arasında sıx danışıqların və iki ölkə arasında koordinasiyanın məhsuludur. 

Bəyanatda deyilir ki, Suriya günahsız əhaliyə qarşı zorakılıqlara son qoyulması və Suriyada təhlükəsizlik və sabitliyin bərqərar olunması üçün hərhansı layihə və ideyanı müsbət qarşılayır. 

Bəyanatda deyilir: İdlib razılaşması Astana iclaslarından hasil olan razılaşmadır. 

Dəməşq eyni zamanda , Suriyanın terrorçulardan tam təmizlənilməsinədək terrorçu qevvələrə qarşı mübarizəsini davam etdirəcəyini bildirib.