Amerika Fələstin muxtariyyətinin başçısına viza vermədi
Livanda çıxan Əl-Əxbar qəzeti bildirib ki, Amerikanın Təl-Əvivdəki səfirliyinin konsulluq ofisi Fələstin muxtariyyətinin başçısı Mahmud Abbasın və onu müşayiət etməli olan heyətin Vaşinqtona səfər üçün viza müraciətinə mənfi cavab verib.
İRNA-nın verdiyi məlumata görə, Livanın Əl-Əxbar qəzeti bu gün yazıb: Mahmud Abbas və onu müşayiət edən heyət BMT Baş Assambleyasının illik sesiyasında iştirak üçün Amerika vizası almaq məqsədi ilə pasportlarını ABŞ-ın Təl-Əvivdəki səfirliyinin konsulluq ofisinə təqdim ediblər amma bu ofis bildirib ki, son hadisələrdən sonra bu prossesin məsuliyyətinin bu ofis ilə aidiyyatı yoxdur.
Konsulluq ABŞ-ın Qüdsdəki səfirliyinin viza verməli olduğunu bildirib və bunun üçün ABŞ-ın işğal olunmuş Fələstindəki səfiri Deyvid Fridmanın qərar verməli olduğunu deyib.
Fələstin Muxtariyyəti də Mahmud Abbasın Deyvid Fridmana qarşı mövqeyə malik olduğunu nəzərə alaraq onunla əlaqə yaratmağa hazır olmayıb.