Əfqanıstan deputatları Amerikanın bioloji lobaratoriyalarına etiraz ediblər
-
Əfqanıstan deputatları Amerikanın bioloji lobaratoriyalarına etiraz ediblər
Əfqanıstan millət vəkilləri Amerikanın bu ölkədəki gizli bioloji lobaratoriyalarına etiraz ediblər.
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Amerika ordusu Gürcüstan, İraq və Əfqanıstan da daxil 25 ölkədə gizli lobaratoriyalar yaradıb və bunlar gizli şəkildə biloloji silahlar və xəstəlik amilləri üzərində araşdırmalar aparırlar.
Hərat əhalisinin deputatı Qulam Faruq Məcruh Amerikanın Əfqanıstan gizli bioloji lobaratoriyalara malik olmasından nigarançılıq ifadə edərək bu mövzunun araşdırılmasını istəyib.
Kabil əhalisinin deputatı Əbdül-Qadir Zazi isə Əfqanıstan hökumətini bu barədə araşdırmalar aparmağa və nəticəni xalqa elan etməyə çağırıb.
Əfqanıstanda ekologiya üzrə ekspert Fərid Qəyyumi də deyib: ABŞ ordusunun Əfqanıstan ərazilərində bioloji mərkəzlərə malik olması əfqanlar arasında müxtəlif növlü xəstəliklərin yayılmasına səbəb ola bilər.