H.Nəsrullah: Xalq aşurada İmam Hüseynin(ə) yoluna sadiq qaldığını təkrar elan edəcək
https://azeri.sahartv.ir/news/qərbi_asia-i323180-h.nəsrullah_xalq_aşurada_İmam_hüseynin(ə)_yoluna_sadiq_qaldığını_təkrar_elan_edəcək
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah deyib: Xalq aşura günündə Əba Əbdillahil-Hüseyn(ə) ilə ilqarını təzələmək üçün mərasimdə geniş iştirak edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 19, 2018 05:02 Asia/Baku
  • Seyid Həsən Nəsrullah
    Seyid Həsən Nəsrullah

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah deyib: Xalq aşura günündə Əba Əbdillahil-Hüseyn(ə) ilə ilqarını təzələmək üçün mərasimdə geniş iştirak edəcək.

İRNA-nın verdiyi məlumata görə, Seyid Həsən Nəsrullah dünən gecə tasua axşamı mərasiminə video konfrans ilə qatılaraq deyib: İmam Hüseynin(ə) şəhadət nidası heç vaxt susmayacaq və o həzrəti sevənlərdən gözləntimiz onunla ilqarlarının yeniləmələridir. 

Livan Hizbullahının baş katibi Fələstin və İsrail rejimi mövzusu xüsusunda bir tərəfin haqq o biri tərəfin isə batil olduğunu bildirərək deyib: Sionist rejimin yaranması bəzi region hökmranlarının vəzifəpərəstliyindən mənşə alır ona görə ki, belə bir kiçik rejim 1.5 milyard müsəlmana hakim kəsilməməlidir. 

Nəsrullah məhərrəmin 3-də də Beyrutun cənubunda etdiyi çıxışında demişdi ki, əvvəlindən əsas problem, iradə problemi, fədakarlıq üçün hazırlıq problemi və haqqa yardıma hazırlıq problemi olmuşdur.