Bəşar Cəfəri: İsrail Suriyaya hücum edərək terrorçulara dəstək vermək istəyir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i323182-bəşar_cəfəri_İsrail_suriyaya_hücum_edərək_terrorçulara_dəstək_vermək_istəyir
Suriyanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi deyib: Sionist rejimin Suriyaya son hücumu bu rejimin terrorçu qruplara dəstək siyasəti istiqamətində baş verir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 19, 2018 05:23 Asia/Baku
  • Bəşar Cəfəri: İsrail Suriyaya hücum edərək terrorçulara dəstək vermək istəyir
    Bəşar Cəfəri: İsrail Suriyaya hücum edərək terrorçulara dəstək vermək istəyir

Suriyanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi deyib: Sionist rejimin Suriyaya son hücumu bu rejimin terrorçu qruplara dəstək siyasəti istiqamətində baş verir.

İRNA-nın verdiyi məlumata görə, Bəşar Cəfəri BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan de Misturanın və baş katibin müavini Mark Lukokun İsrailin Suriyaya təkrar təcavüzlərinə qarşı susqunluqlarını təəccübləndirici adlandırıb və deyib: Suriya Təhülkəsizlik şurasından sionist rejimi terrorçu hərəkətləri və cinayətlərinə və BMT nizamnaməsini və beynəlxalq qanunları pozmasına görə dərhal qətiyyətli tədbirlər görməsini istəyir. 

Sionist rejim hərbi təyyarələri srağa gün Laziqiyyədə bir araşdırma mərkəzini hədəfə alıblar. 

Suriya ordusunun bildirdiyinə görə, bu hücum mərkəzə ziyan vurub və iki nəfərin həlak olması ilə nəticələnib. 

sionist rejim dünən gecə də Dəməşq beynəlxalq hava limanını raketlə hədəfə alıb. 

İsrail indiyədək terrorçulara dəstək istiqamətində Suriya ordusu və infrastrukturunu dəfələrlə hədəfə alıb. 

Sionist rejim ordusu 4 sentyabrda bir hesabatda bildirdi ki, son 18 ayda Suriyada 200-dən çox hədəfi vurub. 

Suriya böhranı 2011-ci ildə Səudiyyə Ərəbistanı, ABŞ və onun müttəfiqlərinin dəstəklədikləri terrorçu qrupların regiondakı balansı sionis rejimin xeyirinə dəyişmək məqsədi ilə geniş hücumu ilə başlandı. 

Suriya ordusu son vaxtlar İranın hərbi məsləhətləri və Rusiyanın dəstəyi ilə bu ölkədə İŞİD terrorçularının fəaliyyətinə son qoydu. 

Digər terrorçu qruplar da məğlub edilməkdədirlər. İsrail Suriyadakı terrorçuların məhv edilməsindən son dərəcə nigarandır.