Sen 21, 2018 14:01 Asia/Baku
  • Əbdülmalik Bədrəddin
    Əbdülmalik Bədrəddin

Yəmənin Ənsarullah Hərəkatının baş katibi Əbdülmalik Bədrəddin Husi paytaxt Sənada Aşura yürüşü iştirakçıları qarşısında etdiyi çıxışda deyib: Düşmən öz cinayətləri və qırğınları ilə Yəməni təslim olmağa məcbur edə bilməyəcək.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Əbdülmalik Bədrəddin həmçinin, ABŞ-ın istilaçılığı qarşısında mübarizəni dəstəklədiyini bildirib və Yəmən xalqını qərb cəbhə xəttində düşmən ilə mübarizəyə dəvət edib. 

Əbdülmalik Bədrəddin daha sonra ABŞ-ın regiondakı işğalçılıq siyasətlərinə və İsrail rejiminin cinayətlərinə qarşı mübarizəni önəmli adlandırıb. 

Yəmənin müftisi Əllamə Şəmsəddin Şərəfəddin də düşmənlər və təcavüzkarlar ilə mübarizəni vacib məsələ adlandırıb və Yəmən xalqının bərabər olmayan savaşda Ərəb-Amerikan koalisiyası qarşısında qalib gələcəyini deyib.

Ərəbistan 2015-ci ilin matrından ABŞ, Britaniya və İsrailin dəstəyi ilə Yəmənə qarşı hərtərəfli hücumlara başlayıb. Birləşmiş Ərəb Əmirlikləri başda olmaqla regionun bəzi irticaçı rejimləri Yəmənə qarşı savaşda Ərəbistanın kənarında yer alıb. İndiyə kimi bu savaş on minlərlə insanın ölməsi, milyonlarla insanın didərgin düşməsi və ölkənin bütünlüklə dağıdılmsına səbəb olub. 

Teqlər