İraqlı qüvvələrin terrorçulara qarşı geniş əməliyyatları başlanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i323365-İraqlı_qüvvələrin_terrorçulara_qarşı_geniş_əməliyyatları_başlanıb
İraqın təhlükəsizlik qüvvələri bu ölkənin üç vilayətində terrorçu ünsürlərə qarşı geniş hərbi əməliyyatlara başlayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 22, 2018 13:02 Asia/Baku
  • İraqlı qüvvələrin terrorçulara qarşı geniş əməliyyatları başlanıb
    İraqlı qüvvələrin terrorçulara qarşı geniş əməliyyatları başlanıb

İraqın təhlükəsizlik qüvvələri bu ölkənin üç vilayətində terrorçu ünsürlərə qarşı geniş hərbi əməliyyatlara başlayıblar.

İraqın təhlükəsizlik xəbərləri üzrə informasiya mərkəzi bu gün bildirib ki, təhlükəsizlik qüvvələri köçəri tayfaların səfərbər qüvvələrilə yanaşı Ələnbar, Səlahəddin və Neynəva vilayətlərində geniş əməliyyatlara başlayıblar.

İraqlı qüvvələrin əməliyyatları ordu qüvvələrinin himayəsilə İraq-Suriya sərhədlərinə doğru bu üç vilayət arasındakı səhra məntəqələrinin təmizlənməsi üçün həyata keçirilir.

İraqın təhlükəsizlik qüvvələri İŞİD terror qrupunun İraqdakı hərbi iştirakı başa çatandan sonra həmin terror qrupundan qalan ünsürlərin təqib olunmaları və aradan götürülmələri üçün bu ölkənin müxtəlif vilayətlərində öz hərbi əməliyyatlarına başlayıblar.