İraqın daxili işlər naziri Əhvaz terror hücumunu pisləyib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i323369-İraqın_daxili_işlər_naziri_Əhvaz_terror_hücumunu_pisləyib
İraqın daxili işlər naziri Qasim əl-Ərəci İranın cənub-qərbində yerləşən Əhvaz şəhərində törədilmiş terror hücumunu pisləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 22, 2018 13:13 Asia/Baku
  • İraqın daxili işlər naziri Əhvaz terror hücumunu pisləyib
    İraqın daxili işlər naziri Əhvaz terror hücumunu pisləyib

İraqın daxili işlər naziri Qasim əl-Ərəci İranın cənub-qərbində yerləşən Əhvaz şəhərində törədilmiş terror hücumunu pisləyib.

İraqın daxili işlər naziri terrorçuların Müqəddəs Müdafiə həftəsinin ilk günündə Əhvazda keçirilən parada qarşı hücumuna reaksiyada deyib: Bu hücumun İraqın məhv edilmiş diktatoru- Səddam rejiminin İrana qarşı hücumunun ildönümü günündə baş verməsi bir daha terrorçuların və imperializm amillərinin mahiyyətini və onların düşmənçilik xislətini göstərdi.

Ələrəci bu hücumda şəhid olanlar üçün ilahi rəhmət diləyib, bu münasibətlə başsağlığı verərək, vurğulayıb: Bu cür terror hərəkətləri İran xalqıın mətanəti və qüdrətini zəiflədə bilməz.