Suriya Əhvaz terror hücumunu pisləyib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i323378-suriya_Əhvaz_terror_hücumunu_pisləyib
Suriyanın xarici işlər nazirliyi bir bəyanatda bu gün İranın Əhvaz şəhərində törədilmiş terror hücumunu pisləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 22, 2018 15:22 Asia/Baku
  • Suriya Əhvaz terror hücumunu pisləyib
    Suriya Əhvaz terror hücumunu pisləyib

Suriyanın xarici işlər nazirliyi bir bəyanatda bu gün İranın Əhvaz şəhərində törədilmiş terror hücumunu pisləyib.

Suriyanın xarici işlər nazirliyi bu bəyanatda bildirib ki, Dəməşq İranın Əhvaz şəhərində keçirilən hərbi paradı hədəfə alan və bir qrup insanın şəhid olması və yaralanması ilə nəticələnən terror hücumunu kəskin şəkildə pisləyir.

Bəyanatda habelə deyilir: Suriya İran İslam Respublikası ilə tam həmrəyliyini və bu kədər ilə bölüşdüyünü bildirir və vurğulayır ki, regiondakı terrorizm himayədarları bu cinayətlər vasitəsilə özlərinin regiondakı planlarını həyata keçirə bilməzlər və bu fitnələrin məğlubiyyətdən başqa bir nəticəsi olmayacaqdır.