Yəmənin Əlbiyza əyalətində İŞİD terrorçuları məhv edilib
Sen 22, 2018 17:55 Asia/Baku
-
Yəmənin Əlbiyza əyalətində İŞİD terrorçuları məhv edilib
Yəmənli qüvvələr bu ölkənin Əlbiyza əyalətində yerləşən Qifə şəhərində İŞİD terrorçularının gizləndikləri məkana hücum edərək, dörd terrorçunu məhv ediblər.
Yəmənli qüvvələr habelə Yəmənin Həccə əyalətinin Hirz sərhəd şəhərində yerləşən Cəbəl-Əlnar yüksəkliklərinin şərqində səud muzdurlarından bir neçəsini öldürüb və yaralayıblar.
Səud muzdurlarının Əli Həza Əlsəyyadi adlı başçılarından biri də bu gün Hirz şəhərindəki döyüşlərdə öldürülübdür.