Ərəbistanın Cizan hava limanı raket hədəfinə alınıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i323466-Ərəbistanın_cizan_hava_limanı_raket_hədəfinə_alınıb
Yəmən ordusu və xalq komitələrinin raket bölməsi dünən gecə Ərəbistanın Cizan hava limanını raket hədəfinə alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 23, 2018 07:49 Asia/Baku
  • Ərəbistanın Cizan hava limanı raket hədəfinə alınıb
    Ərəbistanın Cizan hava limanı raket hədəfinə alınıb

Yəmən ordusu və xalq komitələrinin raket bölməsi dünən gecə Ərəbistanın Cizan hava limanını raket hədəfinə alıb.

Yəmən ordusu və xalq komitələrinin raket bölməsi həmin raketin diqqətlə hədəfə dəydiyini bildirərək, əlavə edib: Bu hücumda bir qrup səud muzduru ölüb və ya yaralanıb, Cizan hava limanına böyük xəsarət dəyibdir.

Yəmən ordusu və xalq komitələrinin raket bölməsi üç həftə bundan öncə də Cizan hava limanını iki ədəd "Bədr-1" tipli yerli ballistik raketlə hədəfə almışdı.

Bundan öncə Yəmən ordusunun sözçüsü Şərəf Loğman vurğulamışdı ki, təcavüzkarların mövqeləri və iqtisadi təsisatları onların Yəmənə qarşı təcavüzləri və mühasirəsinin davam edəcəyi zamanadək Yəmən raketlərinin hədəfində olacaqlar.

Yəmən ordusu və xalq komitələrinin müdafiə qüdrəti bu ölkənin səud rejimi tərəfindən hərtərəfli şəkildə mühasirə olunmasına rəğmən, günbəgün artmaqdadır.