Livan Hizbullahı: Əhvaz terror hücumunun arxasında şeytani əllər var
https://azeri.sahartv.ir/news/qərbi_asia-i323471-livan_hizbullahı_Əhvaz_terror_hücumunun_arxasında_şeytani_əllər_var
Livan Hizbullahı bir bəyanatda İranın Əhvaz şəhərində törədilmiş terror hücumunu pisləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 23, 2018 07:53 Asia/Baku
  • Livan Hizbullahı: Əhvaz terror hücumunun arxasında şeytani əllər var
    Livan Hizbullahı: Əhvaz terror hücumunun arxasında şeytani əllər var

Livan Hizbullahı bir bəyanatda İranın Əhvaz şəhərində törədilmiş terror hücumunu pisləyib.

Livan Hizbullahı bu bəyanatda İslam İnqilabının Böyük Rəhbərinə, həmçinin İranın dövləti və xalqına başlağlığı verərək, bildirib: Bu terror hərəkətinin arxasında İran İslam Respublikasının təhlükəsizliyi və sabitliyinə zərbə vurmaq ardınca olan şeytani və xəbis əllər mövcuddur.

Livan Hizbullahı əlavə edib: Bu cinayət müqavimət mehvərinin regionda və müxtəlif cəbhələrdə əldə etdiyi böyük qələbələrə birbaşa reaksiyadır.

Hizbullah bu bəyanatda vurğulayıb: Bu cür terror hücumları İran İslam Respublikasının Fələstinin müqavimətli xalqına, dünyadakı digər zəif və azadə xalqlara, həmçinin müqavimət qrupları və cərəyanlarına daimi dəstəyində, eləcə də siyasi və yerli iştirakı, qüdrəti və əhval-ruhiyyəsində heç bir təsir buraxmayacaqdır.