Sionist rejim "Xan Əhmər" kəndinin əhalisinə möhlət təyin edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i323480-sionist_rejim_xan_Əhmər_kəndinin_əhalisinə_möhlət_təyin_edib
Sionist rejim Qüds şəhərinin ətrafında yerləşən "Xan Əhmər" kəndinin əhalisinə bu kəndi tərk etmək üçün bir həftə möhlət verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 23, 2018 14:02 Asia/Baku
  • Sionist rejim
    Sionist rejim "Xan Əhmər" kəndinin əhalisinə möhlət təyin edib

Sionist rejim Qüds şəhərinin ətrafında yerləşən "Xan Əhmər" kəndinin əhalisinə bu kəndi tərk etmək üçün bir həftə möhlət verib.

Sionist rejimin hərbi komandanlığı bildirib ki, "Xan Əhmər" əhalisi oktyabrın birinədək bu kəndi boşaltmalıdır. Əks halda sionistlər məhkəmə hökmünə əsasən, kəndi dağıdacaqlar.

Bundan öncə, yəni iyul ayında da sionist hərbçilər "Xan Əhmər" kəndini dağıtmaq məqsədilə bu kəndə basqın etdilər, lakin kənd sakinlərinin müqavimətilə məkanı tərk etməyə məcbur oldular.

Sionist rejimin ali məhkəməsi sentyabrın 12-də elan etdi ki, "Xan Əhmər" kəndi boşaldılmalıdır.

"Xan Əhmər" kəndinin sakinləri bir zaman Əlnəqəb səhrasında yaşayırdılar. Onlar 1953-cü ildə sionist rejim tərəfindən çıxarılaraq, bu məntəqədə məskunlaşmağa məcbur oldular.