Müqavimət silahına qarşı heç bir hərəkəti qəbul etməyəcəyik
-
Müqavimət silahına qarşı heç bir hərəkəti qəbul etməyəcəyik
Həmas sözçüsü: Həmas hərəkatı Fəth hərəkatının fələstinli qruplar arasında barışıq barədə təklif etdiyi sənədi rədd edib.
Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın sözçüsü vurğulayıb: Bu hərəkat müqavimət silahına qarşı heç bir hərəkəti qəbul etməyəcək.
Sami Əbuzəhri Əlməyadin telekanalı ilə müsahibədə bildirib ki, Həmas hərəkatı Fəth hərəkatının fələstinli qruplar arasında barışıq barədə təklif etdiyi sənədi rədd edib, zira bu sənəd müqavimətə zərbə vurur.
Əbuzəhri əlavə edib: Həmas hərəkatının nümayəndə heyəti Misirin təhlükəsizlik heyətinin dəvəti ilə tezliklə Qahirəyə səfər etməyə hazırlaşır. Həmas Fələstin barışıq işinə sadiq olduğunu vurğulayıb, amma Fəth hərəkatının təqdim etdiyi son sənədlə müxalifət etdik. Zira onda birbaşa şəkildə Fələstin müqavimət silahına və müqavimət məsələsinə etiraz edilir. O, qeyd edib ki, Misirin təhlükəsizlik heyəti Qahirənin Qəzzəni, bu məntəqə əhalisi üçün silahların təmin edilməsini və Rəfəh keçidinin yenidən açılmasını himayə etdiyini vurğulayıb. Misir bütün fələstinli qruplar arasında müvazinətli mövqeyə malikdir. Misirin bu rolunu alqışladığımızı və ona dəstək verdiyimizi vurğulayırıq.