Səudiyyə muzdlularının mövqeləri dağıdılıb
Sen 25, 2018 10:53 Asia/Baku
-
Səudiyyə muzdlularının mövqeləri dağıdılıb
Yəmən ordusu və xalq komitələri ölkənin cənubunda Ləhəc vilayətində yerləşən Əl-Səha bölgəsində Səudiyyə muzdlularının mövqelərini artileriya atəşi ilə hədəfə alıblar.
Əl-Məsirə telekanalının verdiyi məlumata görə, Əl-Zale vilayətinin Nəqil Əl-Xəşbə bölgəsində də Səudiyyə muzdlularının mövqeləri artileriya atəşi ilə hədəfə alınıb.
Səudiyyə Ərəbistanının Əsir vilayətində yəmənli qüvvələrin əməliyyatları nəticəsində isə bir neçə muzdlu öldürülüb.
Eyni zamanda Səudiyyə mediyaları sərhəd zonalarında bu ölkə hərbçilərindən 3 nəfərinin yəmənli qüvvələr tərəfindən öldürüldüyü, bir neçə hərbçinin isə yaralandığını etiraf ediblər.