Taliblər uşaqlara peyvənd vurulmasına imkan vermir
Sen 25, 2018 13:58 Asia/Baku
-
Taliblər uşaqlara peyvənd vurulmasına imkan vermir
Əfqanıstanın Helmənd vilayətində taliblər uşaqların iflicə qarşı peyvənd layihəsinin icrasına mane olublar.
İRİB-in Kabildən verdiyi məlumata görə, Helmənd vilayətinin səhiyyə rəsmisi İsmətullah Himmət deyib: Taliblər peyvənd komandalarına vilayətin 500 min uşağını uşaq iflici xəstəliyi qarşısında peyvənd etməyə imkan vermir.
O deyib: Taliblərin nəzarətində olan ərazilərdə yaşayan uşaqlar iflicə qarşı peyvənddən məhrumdurlar.
Yerli rəsmi bu durumun davam edəcəyi təqdirdə vilayətdə uşaq iflicinə düçar olanların sayının artacağı barədə xəbərdarlıq edib.
Əfqanıstanda uşaq iflicinə qarşı ümum ölkə peyvən kampaniyasına dünən start verilib və cümə gününədək 27 vilayətdə peyvənd əməliyyatının həyata keçiriləcəyi planlaşdırılır.