Mülki əhali İdlibi Suriya ordusunun nəzarətində olan ərazilərə doğru tərk edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i323746-mülki_əhali_İdlibi_suriya_ordusunun_nəzarətində_olan_ərazilərə_doğru_tərk_edir
Minlərlə suriyalı təhlükəsiz keçid vasitəsi ilə İdlib vilayətində terrorçuların nəzarətində olan əraziləri ölkənin şimalına doğru tərk edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 26, 2018 07:59 Asia/Baku
  • Mülki əhali İdlibi Suriya ordusunun nəzarətində olan ərazilərə doğru tərk edir
    Mülki əhali İdlibi Suriya ordusunun nəzarətində olan ərazilərə doğru tərk edir

Minlərlə suriyalı təhlükəsiz keçid vasitəsi ilə İdlib vilayətində terrorçuların nəzarətində olan əraziləri ölkənin şimalına doğru tərk edib.

İRNA-nın verdiyi məlumata görə, suriyalı vətəndaşlar son bir həftə ərzində İdlibdə Əbu-Zühur keçidi vasitəsi ilə Suriya dövlətinin nəzarətində olan ərazilərə keçiblər. 

Son vaxtlar Türkiyə, İran və Rusiya rəhbərləri üçtərəfli iclasda İdlib barədə belə qərara gəldilər ki, terrorçular bu vilayəti tərk etməlidirlər və bunun üçün bir aylıq möhlət təyin edilib. 

İdlib vilayətinin icra ofisinin rəhbəri Əli Əl-Casim də İdlibdən mülkinin Suriyanın nəzarətində olan ərazilərə köçürülməsindən xəbər verib. 

İdlib Suriyanın terrorçuların nəzarətində olan yeganə vilayətidir və Suriya ordusu bu vilayəti terrorçulardan tamamiylə təmizləmək qərarına gəlib.