Vəlid Muəllim: İranlı hərbi məsləhətçilərin Suriyada iştirakları qanunidir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i324170-vəlid_muəllim_İranlı_hərbi_məsləhətçilərin_suriyada_iştirakları_qanunidir
Suriyanın xarici işlər naziri vurğulayıb ki, Amerikanın Suriyadakı qanunsuz iştirakının əksinə olaraq, iranlı hərbi məsləhətçilərin Suriyada iştirakları qanunidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 30, 2018 11:17 Asia/Baku
  • Vəlid Muəllim: İranlı hərbi məsləhətçilərin Suriyada iştirakları qanunidir
    Vəlid Muəllim: İranlı hərbi məsləhətçilərin Suriyada iştirakları qanunidir

Suriyanın xarici işlər naziri vurğulayıb ki, Amerikanın Suriyadakı qanunsuz iştirakının əksinə olaraq, iranlı hərbi məsləhətçilərin Suriyada iştirakları qanunidir.

Suriyanın xarici işlər naziri Vəlid Muəllim "Russiya Əlyəum" telekanalı ilə eksklüziv müsahibədə deyib: İranlı hərbi məsləhətçilərin Suriyada iştirakları Amerikanın iştirakının əksinə olaraq bu ölkə dövlətinin istəyi əsasında həyata keçibdir və bu iki məsələnin bir-biri ilə əlaqəsi yoxdur.

Əlmuəllim əlavə edib: Dəməşq ilə Tehran arasında əlaqə sövdələşmə aparılası bir əlaqə deyil. Bu əlaqə iki müstəqil və suveren ölkənin qərarına söykənir və bu ölkələr özlərinin müstəqil qərarlarını müdafiə edirlər.

Suriyanın xarici işlər naziri həmçinin deyib: Digər bir məsələ budur ki, Amerikanın iştirakı işğalçılıq və təcavüz mənasındadır və təcavüzkar Suriyadan çıxmalıdır.