Suriya ordusu "Təlul Əlsəfa" məntəqələrində irəliləyib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i324174-suriya_ordusu_təlul_Əlsəfa_məntəqələrində_irəliləyib
Suriya ordusunun qüvvələri bu ölkənin cənubunda yerləşən Əlsuvəyda-nın ətrafındakı "Təlul Əlsəfa" çöllük məntəqələrində irəliləyə biliblər. İŞİD terror qrupunun üzvləri bu məntəqələrdə yerləşirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 30, 2018 13:07 Asia/Baku
  • Suriya ordusu
    Suriya ordusu "Təlul Əlsəfa" məntəqələrində irəliləyib

Suriya ordusunun qüvvələri bu ölkənin cənubunda yerləşən Əlsuvəyda-nın ətrafındakı "Təlul Əlsəfa" çöllük məntəqələrində irəliləyə biliblər. İŞİD terror qrupunun üzvləri bu məntəqələrdə yerləşirlər.

Suriya ordusunun qüvvələri "Təlul Əlsəfa" məntəqələrini geri alaraq, terrorçuların dəstək yollarını kəsiblər.

Bu əməliyyatda Suriya ordusunun qüvvələri "Təlul Əlsəfa"da yerləşərək, terrorçuların bu məntəqədə irəliləmək üzrə səylərini zərərsizləşdirə və onlardan bir çoxunu öldürə və yaralaya biliblər. 

Bir suriyalı hərbi mənbə də belə deyib: Suriya ordusunun bölmələri terrorçuların səngərlərində çoxlu miqdarda yüngül və ağır silahlar, həmçinin partlayış qurşaqları aşkar edərək, qənimət götürüblər. Onlar həmçinin terrorçuların işğalında olan bir gölü azad ediblər.

Suriya ordusu avqustun 9-dan bəri İŞİD terror qrupunun sonuncu bazası olan şərqi Suvəyda məntəqəsində bu qrupun kökünün kəsilməsi əməliyyatına başlayıbdır.