Ərəbistan on milyardlarla dollar büdcə çatışmazlığı ilə üzləşib
-
Ərəbistan on milyardlarla dollar büdcə çatışmazlığı ilə üzləşib
Ərəbistanın maliyyə nazirliyi proqnoz edib ki, bu ölkənin 2019-cu il büdcə çatışmazlığı təqribən 34 milyard dollar olacaq.
Ərəbistanın maliyyə naziri Muhəmməd Əlcədan Ərriyadda keçirdiyi mətbuat konfransında bu ölkənin 2019-cu il büdcəsinin ilkin bəyanatını şərh edib.
Ərəbistan tarixində ilk dəfədir ki, bu ölkə yeni maliyyə ilinə daxil olmazdan üç ay öncə büdcənin ilkin bəyanatını elan edir.
2018-ci ildə Ərəbistanın büdcə çatışmazlığı 52 milyard dollardan yuxarı elan olunubdur.
Londonda çıxan "Faynenşal Tayms"(Financional Times) qəzeti bir səudiyyə məsul şəxsinə istinadla yazıb ki, ali-səud Yəmənə qarşı üç il hücumda indiyədək 120 milyard dollardan çox pul xərcləyibdir.
Ərəbistan 2015-ci ilin martından özünü Yəməndə üzücü savaşla məşğul edibdir. Ərriyad bu savaşda öz hədəflərinə çatmayıb. Belə bir halda, bu savaşın nəticəsi, Yəməndə vəba xəstəliyinin yayılması, milyonlarla yəmənlinin aclıq çəkməsi, qıtlıq və minlərlə mülkinin həyatını itirməsi olubdur.
Ekspertlər bu qənaətdədirlər ki, ən nikbin halda hər gün Yəməndə savaş ali-səud üçün 200 milyon dollar xərc gətirir.