BQXK Yəməndəki ağır insan durumu barədə xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i324257-bqxk_yəməndəki_ağır_insan_durumu_barədə_xəbərdarlıq_edib
Yəməndə Beynəlxalq Qızıl Xaç Komitəsinin sözçüsü bildirib ki, bu ölkənin həyati bölmələri Ərəbistanın hücumları nəticəsində ciddi ziyan görübdür. O, deyib ki, Yəməndə insan durumu hər gün daha da ağırlaşır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 01, 2018 06:16 Asia/Baku
  • BQXK Yəməndəki ağır insan durumu barədə xəbərdarlıq edib
    BQXK Yəməndəki ağır insan durumu barədə xəbərdarlıq edib

Yəməndə Beynəlxalq Qızıl Xaç Komitəsinin sözçüsü bildirib ki, bu ölkənin həyati bölmələri Ərəbistanın hücumları nəticəsində ciddi ziyan görübdür. O, deyib ki, Yəməndə insan durumu hər gün daha da ağırlaşır.

Ədnan Həzam dünən Əlməyadin telekanalı ilə müsahibədə Yəməndəki iqtisadi durumu acınacaqlı adlandırıb və qeyd edib ki, bu ölkədə milyonlarla nəfər humanitar təşkilatların yardımına ehtiyac duyur.

Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin dəstəyi ilə 2015-ci ilin martında Yəmənə təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə aldı. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək 14 mindən çox yəmənlinin həyatına son qoymaqla bərabər, on minlərlə nəfərin yaralanmasına, həmçinin milyonlarla yəmənlinin didərgin düşməsinə səbəb olubdur.

Bu təcavüz yoxsul Yəmən ölkəsini kəskin dərman və qida çatışmazlığı ilə üzləşdiribdir.

Ərəbistan rejimi və onun müttəfiqləri Yəmən xalqının müqavimətinə görə, bu ölkədə öz hədəflərinə çatma bilməyiblər.