Okt 01, 2018 18:10 Asia/Baku
  • Livanda yaşayan fələstinlilərin ümumölkə tətili
    Livanda yaşayan fələstinlilərin ümumölkə tətili

Livanda düşərgələrdə məskunlaşmış fələstinlilər "yəhud ölkəsi" adlı bir qanunun qəbul olunmasına etiraz edərək, ümumölkə tətili keçiriblər.

Sionist rejim knesseti iyulun 19-da bütün işğal olunmuş Fələstini yalnız sionistlər üçün ölkə elan və fələstinliləri bütün vətəndaş və insan hüquqlarından məhrum edən "yəhud ölkəsi" adlı bir qanun qəbul etdi.

12 fələstinli düşərgədə, o cümlədən "Burc əl-Bəracənə", Beyrutun cənub ətrafında yerləşən Səbra və Şətila, Saydada yerləşən Əyn əl-Hilvə, həmçinin Əlmiyə və Miyə, eləcə də Livanın şimalındakı Əlbədavi düşərgələrində tətil bu gün səhər başlanıb.

Təqribən 500 min fələstinli bu 12 düşərgədə yaşayır. Tətilçilər vurğulayıblar ki, bu addım, saxta yəhud ölkəsinin rasistcəsinə qanunu qarşısında işğal olunmuş məntəqələrdə Fələstin xalqının himayə edilməsi istiqamətində atılır.

Sionist rejim knessetində ayrı-seçkilik mahiyyətli layihənin qəbul olunması işğal olunmuş Fələstinin daxili və xaricində geniş etirazlarla üzləşibdir.

"Yəhud ölkəsi" qanunu amerikan "əsrin sövdələşməsi" layihəsinin əsaslarından birini təşkil edir və ABŞ dövləti tərəfindən hazırlanıb və onun icra prosesi də başlanıbdır.

Teqlər