Sionistlərin Qəzzə dəniz yürüşünə basqını
https://azeri.sahartv.ir/news/qərbi_asia-i324329-sionistlərin_qəzzə_dəniz_yürüşünə_basqını
Sionist rejim hərbçiləri dünən Qəzzə zolağının şimal sahillərində fələstinli qayıqlara hücum edərək, azı 93 nəfəri yaralayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 02, 2018 06:17 Asia/Baku
  • Sionistlərin Qəzzə dəniz yürüşünə basqını
    Sionistlərin Qəzzə dəniz yürüşünə basqını

Sionist rejim hərbçiləri dünən Qəzzə zolağının şimal sahillərində fələstinli qayıqlara hücum edərək, azı 93 nəfəri yaralayıblar.

Qəzzə əhalisinin Qəzzə zolağının dəniz mühasirəsini sındırmaq məqsədli onuncu "dəniz yürüşü" sionist rejimin hərbi qayıqlarının hücumuna məruz qalıbdır.

Bu dəniz yürüşündə bir qrup qayıq Qəzzə limanından Beyt-Lahiya-nın şimal-qərbindəki Zəkim məntəqəsinin sahilinə doğru hərəkət edibdir ki, Qəzzənin şimal sahillərində sionist rejimin hərbi qayıqlarının hücumuna məruz qalıbdır.

Bu dəniz yürüşünün iştirakçıları sionist rejimin Qəzzəyə qarşı on iki illik mühasirəsinin sındırılmasını istəyiblər.

Bundan öncəyədək Qəzzə zolağının mühasirəsini sındırmaq məqsədilə doqquz dəniz yürüşü keçirilib, amma sionist rejim bütün bu yürüşləri yatırdıbdır.

Qəzzə əhalisi həmçinin martın 30-dan bəri "Qayıdış haqqı" aksiyası keçirərək, Qəzzə zolağının mühasirəsinin sındırılması və sionist rejimin qəsbkarlığına son qoyulmasını tələb edir.

İndiyədək bu yürüşdə 200-dən çox fələstinli sionist hərbçilər tərəfindən şəhid edilib, 21 mindən çox insan da yaralanıbdır.