Əfqanıstanın şərqində terror hücumu qurbanlarının sayı artıb
-
Əfqanıstanın şərqində terror hücumu qurbanlarının sayı artıb
Əfqanıstanın şərqindəki Nəngərhar vilayəti valisinin sözçüsü bu vilayətə qarşı keçirilmiş son terror hücumunda həlak olanların sayını on üç nəfər elan edib.
Əfqanıstanın şərqindəki Nəngərhar vilayəti valisinin sözçüsü Ətaullah Xugiani deyib ki, bu gün Kamə rayonunun "Səraye Səng" məntəqəsində 20 oktyabr seçkilərinin namizədlərindən birinin tərəfdarlarına qarşı terror hücumunda indiyədək on üç nəfər ölüb, otuz nəfər də yaralanıbdır.
Xugiyani əlavə edib: Bu hücumun otuz yaralısının cismani durumuna əsasən, ölənlərin sayının artması ehtimalı var.
Bir şəxs və ya qrup hələ qeyd olunan terror hücumunun məsuliyyətini üzərinə götürməyibdir.
Əfqanıstan parlament seçkilərinə 18 günün qaldığı bir halda, son bir neçə ay ərzində bu seçkilərin bir neçə namizədi naməlum yaraqlı şəxslərin hücumları hədəfinə çevrilibdir.