Yəmən xalqının səud koalisiyasına qarşı geniş aksiyası
Minlərlə yəmənli üçüncü gün dalbadal geniş aksiya keçirərək, təcavüzkar səud koalisiyasının və onun oyuncaq hökumətinin Yəməndəki qarışıq iqtisadi durumda məsuliyyət daşıdıqlarını bildirib.
Minlərlə yəmənli bu gün bu ölkənin Təiz əyalətində Yəmənin pis iqtisadi vəziyyətinə etiraz edib və şüarlar verərək, bildiribdir ki, bu ölkənin bütün infrastrukturlarını məhv etmiş təcavüzkar səud koalisiyası və onun oyuncaq hökuməti Yəməndəki qarışıq iqtisadi durumda məsuliyyət daşıyırlar.
Yəmənli aksiyaçıların əllərində üzərlərində bu ölkə xalqının şəraitinin böhranlı olması, Yəməndə iqtisadi durumun dalana dirənməsi və anti-Ərəbistan şüarları yazılmış plakatlar olub.
Ərəbistan Amerikanın köməyi və yaşıl işığı ilə bir neçə ərəb ölkəsindən ibarət bir koalisiya formasında 2015-ci ilin martından ən yoxsul ərəb ölkəsi olan Yəmənə qarşı geniş hücumlara keçdi. Bu hücumlarda bəhanə, Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadini hakimiyyətə qaytarmaq, məqsəd isə öz siyasi hədəflərini həyata keçirmək olubdur.
Səudların Yəmənə təcavüzləri indiyədək on dörd mindən çox günahsız yəmənlinin öldürülməsi, on minlərlə nəfərin yaralanması, milyonlarla yəmənlinin didərgin düşməsi və bu ölkənin dağılması ilə nəticələnibdir.