Bəhreyn xalqı Ali-Xəlifə rejiminə qarşı aksiya keçirib
Bəhreyndə əhali ölkənin müxtəlif bölgələrində Ali-Xəlifə rejiminə qarşı geniş etiraz aksiyaları keçirib.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, dünən gecə Bəhreyn xalqı Əbu-Səybə, Əl-Şaxurə bölgələrində geniş aksiya keçirərək Ali-Xəlifə rejiminin şiələr, siyasi fəallar və alimlərə qarşı düşmən hərəkətlərini pisləyib.
Aksiyaçılar Ali-Xəlifə rejimi başçılarına qarşı şüarlar səsləndirib, öldürülənlərin ailələrinin kədərini bölüşdüklərini bildirib və siyasi məhbusların azad edilməsinə çağırıblar.
Aksiyaçılar həmçinin alimlər və siyasi fəalların dərhal azad edilməsini istəyiblər.
Bəhreyn 2011-ci il 14 fevraldan Ali-Xəlifə rejiminə qarşı xalq qiyamının şahididir. Bəhreyn xalqı Ali-Xəlifə rejiminin kənarlaşması və siyasi məhbusların azad edilməsini istəyir.