İraqda 2 terror aktında 36 adam ölüb və yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i324702-İraqda_2_terror_aktında_36_adam_ölüb_və_yaralanıb
İraqın Səlahəddin və Əl-Ənbar vilayətlərində baş verən iki partlayış nəticəsində cəmi 36 nəfər ölüb və yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 06, 2018 10:33 Asia/Baku
  • İraqda 2 terror aktında 36 adam ölüb və yaralanıb
    İraqda 2 terror aktında 36 adam ölüb və yaralanıb

İraqın Səlahəddin və Əl-Ənbar vilayətlərində baş verən iki partlayış nəticəsində cəmi 36 nəfər ölüb və yaralanıb.

İRİB-in verdiyi məlumata görə, İraqın Səhiyyə Nazirliyi bildirib ki, Səlahəddin vilayətinin Siniyə şəhərində içərisinə bomba yerləşdirilmiş avtomobilin partladılması nəticəsində 33 mülki ölüb və yaralanıb. 

Bu gün səhər Əl-Ənbar vilayətinin mərkəzi olan Fəlucə şəhərində də oxşar partlayışda 3 nəfər ölüb. 

İraq hökuməti 2017-ci il dekabr ayında İŞİD terror qrupunun bu ölkədəki terrorçu fəaliyyətlərinin sona çatdırıldığını elan etdi amma həmin terror qrupunun qalıqları hələ də vaxt aşırı olaraq İraqın müxtəlif vilayətlərində cinayətlər törədirlər.