Dəməşqdə İran-Suriya iqtisadi əməkdaşlıq yığıncağı keçirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i324790-dəməşqdə_İran_suriya_iqtisadi_əməkdaşlıq_yığıncağı_keçirilib
Şənbə günü Dəməşqdə Suriyanın bərpası üzrə dördüncü sərginin kənarında İran və Suriyanın iqtisadi fəalları arasında görüş keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 07, 2018 06:15 Asia/Baku
  • Dəməşqdə İran-Suriya iqtisadi əməkdaşlıq yığıncağı keçirilib
    Dəməşqdə İran-Suriya iqtisadi əməkdaşlıq yığıncağı keçirilib

Şənbə günü Dəməşqdə Suriyanın bərpası üzrə dördüncü sərginin kənarında İran və Suriyanın iqtisadi fəalları arasında görüş keçirilib.

İran İslam Respublikasının Suriyadakı səfiri Cavad Torkabadi bu yığıncaqda Tehran-Dəməşq əlaqə və həmkarlıqlarının gücləndirilməsi vacibliyini vurğulayıb.

Dəməşq sənaye otağının sədri Samir Əldəbs də bu yığıncaqda bildirib ki, Suriya və İranın iş adamları iqtisadi sahələrdə səy göstərməlidirlər. O, deyib: İki ölkənin iş adamları arasında koordinasiya və bütün sektorlarda istehsal və ticarət şirkətlərinin yaradılması zəruri bir məsələdir.

Suriyanın bərpası üzrə dördüncü sərgi oktyabrın 2-də bir qrup suriyalı rəsmi və 29 ölkədən 270 şirkətin iştirakı ilə Dəməşq sərgi şəhərciyində açılıb.

İran İslam Respublikası 14 şirkətlə Suriyanın bərpası üzrə dördüncü sərgidə iştirak edir.