Sara Netanyahu korrupsiyaya görə mühakimə olunacaq
-
Sara Netanyahu korrupsiyaya görə mühakimə olunacaq
Sionist rejimin baş naziri Benyamin Netanyahunun arvadı Sara Netanyahunun korrupsiya işi ilə bağlı ilk mühakimə iclası bu gün işğal olunmuş Qüdsdə keçiriləcək.
Baş nazirin olduğu məkanda aşpazın mövcud olmasına rəğmən, restoranlardan yeməyin satın alınması üçün vergi ödəyənlərin cibindən 80 min avrodan çox pulun xərclənməsi Sara Netanyahuya vurulan ittihamlardan biridir.
Sionist rejimin ədliyyə nazirliyinin bildirdiyinə görə, tezliklə altmış yaşlı olacaq Sara Netanyahu saxtakarlıq və etimaddan sui-istifadəyə görə, mühakimə olunacaq.
Bu işə əsasən, Sara Netanyahu 2010-cu ilin sentyabrından 2013-cu ilin martınadək özü, ailə üzvləri və qonaqları üçün müxtəlif restoranlardan 83 min avro xərcə səbəb olan yüzlərlə yemək sifariş veribdir.
Sionist mediaların yazdıqlarına görə, Benyamin Netanyahunun özünün qarşıdakı bir neçə ayadək və nəticə etibarı ilə 2019-cu ilin ilk aylarınadək oxşar adlar altında ittiham ediləcəkdir.