Taliblər Əfqanıstanın Seyyedabad rayonunu ələ keçiriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i324813-taliblər_Əfqanıstanın_seyyedabad_rayonunu_ələ_keçiriblər
Əfqanıstanın mərkəzində yerləşən "Meydan Vərdək" vilayətinin Seyyedabad rayonu taliblərin əlinə keçib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 07, 2018 15:33 Asia/Baku
  • Taliblər Əfqanıstanın Seyyedabad rayonunu ələ keçiriblər
    Taliblər Əfqanıstanın Seyyedabad rayonunu ələ keçiriblər

Əfqanıstanın mərkəzində yerləşən "Meydan Vərdək" vilayətinin Seyyedabad rayonu taliblərin əlinə keçib.

Taliban dünən gecə Əfqanıstanın "Meydan Vərdək" vilayətinin Seyyedabad rayonuna qarşı geniş hücuma keçərək, bu şəhəri işğal edibdir.

Bu rayonun ələ keçirilməsindən sonra Taliban paytaxt Kabildən Qəzney vilayətinə uzanan yolu bağlayıbdır.

Əfqanıstanın informasiya mənbələri bildiriblər ki, bu hücumda iki polis, o cümlədən Seyyedabad rayonunun polis rəisi Seyyed şah Haşemi öldürülüb və Kabil-Qəzney şose yolunun hər iki tərəfində çoxlu sayda avtomobil döyüş xəttinin arxasında qalıbdır.

Dünən gecə də on mülki ABŞ-ın və Əfqanıstan ordusunun Pəktiya vilayətinin Gərdsiri rayonunda keçirdikləri hava hücumunda həlak olub, 20 nəfər də yaralanıbdır.