Yəmən qərb sahilində müştərək PUA-artilleriya əməliyyatı keçirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i324815-yəmən_qərb_sahilində_müştərək_pua_artilleriya_əməliyyatı_keçirib
Yəmənin ordusu və xalq komitələri qüvvələrinin artilleriya və pilotsuz uçan aparat bölmələri qərb sahilində keçirdikləri müştərək əməliyyatda təcavüzkar səud koalisiyası qüvvələrinin və onların muzdurlarının qərargahlarını hədəfə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 07, 2018 15:36 Asia/Baku
  • Yəmən qərb sahilində müştərək PUA-artilleriya əməliyyatı keçirib
    Yəmən qərb sahilində müştərək PUA-artilleriya əməliyyatı keçirib

Yəmənin ordusu və xalq komitələri qüvvələrinin artilleriya və pilotsuz uçan aparat bölmələri qərb sahilində keçirdikləri müştərək əməliyyatda təcavüzkar səud koalisiyası qüvvələrinin və onların muzdurlarının qərargahlarını hədəfə alıblar.

Yəmənin ordusu və xalq komitələri qüvvələrinin bu əməliyyatında səud koalisiyasının qüvvələri Əlhudəydədə yerləşən Əlnəxilə məntəqəsinin şimalında hədəfə alınıblar. Nəticədə bu qüvvələrin bir qrupu öldürülüb və ya yaralanıbdır. Həmçinin onların təchizatlarına böyük xəsarətlər dəyibdir.

Məlumatlı bir hərbi mənbə deyib: Yəmən ordusunun raket bölməsi də səud təcavüzkarlarının Əlhudəydə vilayətinin Əldərhimi məntəqəsinin cənub-qərbində yerləşən mövqelərini hədəfə alıbdır.

Nəticədə bir hərbi buldozer və bir zirehli avtomobil məhv edilib və səud qüvvələrinin bir qrupu da ölüb və ya yaralanıbdır.