Okt 09, 2018 09:54 Asia/Baku
  • Yəmən mediyaları: BƏƏ Yəmənin balıq mənbələrini oğurlayırlar
    Yəmən mediyaları: BƏƏ Yəmənin balıq mənbələrini oğurlayırlar

Yəmən mediyaları bildiriblər ki, Birləşmiş Ərəb Əmirlikləri Yəmənin su canlıları ehtiyatını qarət edir və aparır.

İRNA-nın verdiyi məlumata görə, Yəmən mediyaları bildiriblər ki, BƏƏ-yə məxsus böyük balıqçılıq gəmiləri hər gün Yəmən sularında tutduğu balıqları BƏƏ-yə daşıyır və orada BƏƏ-nin hərbi komandanları üçün satır. 

BƏƏ-nin hərbi komandanları öncə də Yəmənin mədəni abidələri və nadir quşlarını oğurlamaq və Əbudəbiyə köçürməkdə ittiham edilmişdi. 

Təəz vilayətinin balıqçılıq mərkəzinin rəsmi statistikasına görə, Əl-MƏxa və Zəbab bölgələrinin 81 min əhalisindən 50 min nəfəri balıqçılıq yolu ilə məişətini təmin edir. 

Səudiyyə Ərəbistanı ABŞ və BƏƏ-nin himayəsi ilə 2015-ci il mart ayında Yəmənə hərbi təcavüzə və bu ölkəni quru, dəniz və havadan mühasirəyə başladı. 

Səudiyyə Ərəbistanının və onun müttəfiqlərinin Yəmənə qarşı militarist siyasətləri nəticəsində bu ölkədə 14 min mülkü ölüb, on minlərlə yəmənli yaralanıb və milyonlarla Yəmən vətəndaşı didərgin düşüb.

Teqlər