İraqın seçilmiş baş nazirinin layihəsi
-
İraqın seçilmiş baş nazirinin layihəsi
İraqın seçilmiş baş naziri dünən yeni nazirlər kabinetində iştiraka layiq olduqlarını düşünənləri bu məqsəd üçün nəzərdə tutulmuş internet portalı vasitəsi ilə öz istəklərini bildirməyə çağırıb.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, Adil Əbdül-Mehdi bir bəyanatda bildirib: Yeni nazirlər kabinetində vəzifə almaq istəyənlər çərşənbə axşamından başlayaraq iki gün müddətində sözü gedən prtal vasitəsi ilə öz sənədlərini təqdim edə və rəsmi şəkildə qeydiyyatdan keçə bilərlər.
İraqın seçilmiş baş naziri bildirib ki, onun ilk öhdəliyi hökumətin təşkil edilməsi üçün lazımı razılıqları yekunlaşdırmaq və yeni hökumətin proqramlarını hazırlamaqdan ibarətdir.
İraqın yeni prezidenti Bərhəm Saleh 2 oktyabrda yeni nazirlər kabinetini təşkil etmək məsuliyyətini Adil Əbdül-Mehdinin üzərinə qoydu.
Adil Əbdül-Mehdi bir ay ərzində öz kabinetini təqdim etməlidir.