Qaşıqçının oğurlanmasına qarşı çıxan 5 şahzadə həbs olundu
Hakim rejim ilə müxalif olan şahzadə Xalid bin Fərhan Ali-Səud ötən həftə hakim ailənin üzvlərindən olan 5 şahzadənin tənqidçi jurnalist Camal Qaşıqçının oğurlanmasına qarşı çıxdıqları üçün Səudiyyə rejimi tərəfindən həbs olunduğunu və naməlum məkana köçürüldüyünü ifşa edib.
Hazırda Almaniyada yaşayan şahzadə Xalid bin Fərhan Ali-Səud Tvitterdə paylaşdığı yazıda Ərəbistan hökumətini xaricdə yaşayan müxaliflərini ikitərəfli iclaslarda iştiraka dəvət etmək, daha sonra isə onları oğurlamaqda ittiham edib.
Xalid bin Fərhan Ərəbistan rejiminin Camal Qaşıqçını oğurlamasından hələ 10 gün öncədən belə bir plana malik olduğunu deyərək, əlavə edib: Ərəbistanın təhlükəsizlik rəsmiləri bir neçə milyon dollarlıq maliyə yardımı vəd edərək, məndən Misirə səfər etməyimi və Qahirədə, Ərəbistan konsulluğunun rəsmiləri ilə görüşməyimi istəmişdilər.