Bəhreyn əhalisi parlament seçkilərinin boykot edilməsi aksiyasında iştirak edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i325317-bəhreyn_əhalisi_parlament_seçkilərinin_boykot_edilməsi_aksiyasında_iştirak_edib
Bir qrup bəhreynli Bəhreyn alimlərinin Ali-Xəlifə rejiminin formal xarakter daşıyan parlament seçkilərini boykot etmək qərarını himayə etmək üçün aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 12, 2018 18:02 Asia/Baku
  • Bəhreyn əhalisi parlament seçkilərinin boykot edilməsi aksiyasında iştirak edib

Bir qrup bəhreynli Bəhreyn alimlərinin Ali-Xəlifə rejiminin formal xarakter daşıyan parlament seçkilərini boykot etmək qərarını himayə etmək üçün aksiya keçirib.

İRNA-nın məlumatına görə, Bəhreyn şiələrinin informasiya mənbələri bildiriblər: Əd-Duraz məntəqəsində keçirilən aksiyada iştirakçılar Bəhreynin tanınmış ruhanilərindən şeyx İsa Qasımın fotoşəkilini daşıyaraq, Ali-Xəlifə rejiminin cümə namazının qılınmasına mane olmasını tənqid ediblər. Aksiya iştirakçıları həmçinin, Ali-Xəlifə rejiminin parlament seçkilərinin boykot edilməsini dəstəkləyiblər.

Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri bu gün də Əd-Duraz məntəqəsində cümə namazının qılınmasına icazə verməyiblər. Ali-Xəlifə rejimi 118 həftədir ki, bu məntəqədə cümə namazının qılınmasına icazə vermir.