"Qüds İntifazəsi" cüməsində 6 şəhid və 190 yaralı
"Qayıdış Haqqı" yürüşlərinin 29-cu cüməsində "Qüds İntifazəsi" adı altında keçirilən aksiyada 6 fələstinli şəhid olub, 190 nəfər yaralanıb.
Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, İsrail hərbçiləri Qəzzə sərhədlərinə toplaşmış fələstinliləri və xilasediciləri döyüş güllələri ilə hədəfə alıblar.
Fələstinin Səhiyyə Nazirliyi şəhidlərin sayının artması ehtimalını istisna etməyib.
Fələstin İslami Müqavimət Hərəkatı Həmas-ın siyasi bürosunun sədri İsmayıl Həniyyə və Həmas-ın bir qrup komandanı da "Qüds İntifazəsi" yürüşündə iştirak edib.
"Qayıdış Haqqı" yürüşünün ali təşkilat heyəti də bir bəyanat yayaraq, bildirib: Bu sanksiyalar Fələstin xalqının hüquqlarının tam təmin olunacağı zamana kimi davam edəcək.
Qayıdlş Haqqı yürüşləri 30 mart 2018-ci ildən başlayaraq, hər cümə günü Qəzzə ilə işğal edilmiş Fələstin torpaqları sərhədində keçirilir.
Fələstinin Səhiyyə Nazirliyi həmçinin bildirib: İndiyə kimi 200-dən çox fələstinli Qayıdış Haqqı yürüşlərində şəhid olub, 21 min nəfər isə yaralanıb.