Yəmən səhiyyə naziri: 3 milyon yəmənli uşaq pis qidalanmadan əziyyət çəkir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i325548-yəmən_səhiyyə_naziri_3_milyon_yəmənli_uşaq_pis_qidalanmadan_əziyyət_çəkir
Yəmən səhiyyə naziri dünən Əlməyadin telekanalı ilə müsahibədə bildirib ki, azı üç milyon yəmənli uşaq son dərəcə pis qidalanmadan əziyyət çəkir. O, deyib ki, hazırda hər üç yəmənli uşaqdan biri pis qidalanmaya düçar olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 14, 2018 09:10 Asia/Baku
  • Yəmən səhiyyə naziri: 3 milyon yəmənli uşaq pis qidalanmadan əziyyət çəkir
    Yəmən səhiyyə naziri: 3 milyon yəmənli uşaq pis qidalanmadan əziyyət çəkir

Yəmən səhiyyə naziri dünən Əlməyadin telekanalı ilə müsahibədə bildirib ki, azı üç milyon yəmənli uşaq son dərəcə pis qidalanmadan əziyyət çəkir. O, deyib ki, hazırda hər üç yəmənli uşaqdan biri pis qidalanmaya düçar olub.

Taha Əhməd Əlmutəvəkkil qeyd edib ki, bir milyon 200 min hamilə və südverən qadın da pis qidalanmadan əziyyət çəkir.

Yəmən səhiyyə naziri böyrək çatışmazlığına malik olan yəmənlilərin sayını da 80 mindən yuxarı elan edib. Deyib ki, bu şəxslərin səkkiz min nəfəri dializ altındadır, amma dializ məhlullarının azlığı ucbatından onların həyatları təhlükə altındadır.

Taha Əhməd Əlmutəvəkkil qeyd edib ki, Yəmən və BMT son zamanlar yəmənli xəstələr və yaralıların bu ölkədən xaricə köçürülmələri məqsədilə tibb hava dəhlizinin yaradılması üzrə bir razılaşma imzalayıblar, amma təcavüzkar səud koalisiyası bu razılaşmanın icrasına mane olur.

Yəmən səhiyyə naziri vurğulayıb ki, bu ölkədə insan durumu faciəlidir. O, dünya ictimaiyyətindən istəyibdir ki, səud rejiminin Yəmən xalqına qarşı təcavüzkarlıqlarının davam etməsinin qarşısını alsın.

BMT-nin uşaq fondu-UNICEF də son zamanlar Yəməndə insan durumunu faciəli adlandırıb və bildirib ki, Yəmənin səhiyyə və müalicə sistemi səudların hücumları nəticəsində məhv olubdur.

Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on dörd mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.

Ərəbistanın hərbi təcavüzü habelə yoxsul Yəmən ölkəsini kəskin qida və dərman çatışmazlığı ilə üzləşdiribdir.