"Qayıdış haqqı" yürüşünün 30-cü cüməsinin keçirilməsinə çağırış
Okt 14, 2018 10:00 Asia/Baku
-
"Qayıdış haqqı" yürüşünün 30-cü cüməsinin keçirilməsinə çağırış
Qəzzə zolağının mühasirəsinin aradan götürülməsi və qayıdış üzrə milli komitə fələstinliləri "Qəzzə qiyamı və Sahil birliyi" adı altında "Qayıdış haqqı" yürüşünün 30-cü cüməsində iştiraka çağırıb.
Qəzzə zolağının mühasirəsinin aradan götürülməsi və qayıdış üzrə milli komitə bir bəyanatda Fələstin xalqının öz qanuni hüquqlarına nail olmaq üzrə müqavimətini vurğulayaraq, bildirib ki, fitnəkarların səylərinə rəğmən, "əsrin sövdələşməsi" istiqamətində Fələstin xalqının hüquq və prinsiplərindən geri çəkilməyə yer yoxdur.
Fələstinlilərin "Qayıdış haqqı" yürüşü 2018-ci il martın 30-da başlanıb. Yürüşdə məqsəd, sionist rejimin işğalçılığına son qoyulması və Qəzzə zolağının mühasirəsinin sındırılmasıdır.