Suriya ABŞ əleyhinə BMT-yə şikayət etdi
-
Suriya ABŞ əleyhinə BMT-yə şikayət etdi
Suriya ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyasının Suriyada mülki əhaliyə qarşı hücumlarda ağ fosfor bombalarından istifadə etməsinə görə, BMT-yə şikayət edib.
Sputnik xəbər agentliyinin verdiyi məlumata görə, Suriyanın xarici işlər nazirliyi bazar günü BMT-yə şikayət ərizəsi təqdim edərək, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın Deyrəzzura olan hücumlarında ağ fosfor bombasından istifadə etməsinə görə, bir qrup mülkinin ölməsi və y aralandığını bildirib. Suriyanın Xarici İşlər Nazirliyi də bir bəyanat yayaraq, bildirib: Dəməşq BMT-nin baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktublarda ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın Suriyanın Deyrəzzur vilayətində mülki əhaliyə qarşı hücumlarda ağ fosfor bombalarından istifadə edərək, yeni cinayətlər törətdiyini bildirib. Həcin şəhərinə istifadəsi qadağan edilmiş ağ fosfor bombalarını atılması bir qrüp mülkinin ölməsi və yaralanmasına səbəb olub. Bu hücumun qurbanları arasında qadınlar və uşaqlar da var. Suriyanın Xarici İşlər Nazirliyi bildirib: Beynəlxalq koalisiyanın Suriya xalqına qarşı qadağan olmuş silahlardan istifadə etməsi məqsədyönlü bir hərəkət olaraq, Suriya xalqına qarşı müharibə cinayətləri çərçivəsindədir. Beynəlxalq koalisiyanın bu hərəkəti Suriyada terrorçuları dəstəkləmək, terrorçulardan və separatçı yaraqlılardan Suriyanı parçalamaq üçün istifadə etmək kimi bilərəkdən edilən cinayətlərin davamıdır.