Camal Qaşıqçı müəmməsi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i325622-camal_qaşıqçı_müəmməsi
Ərəbistanlı jurnalist Camal Qaşıqçının yoxa çıxması və ya qətlə yetirilməsi hadisəsinin pərdə arxasında cərəyan edən hadisələr diqqətləri özünə cəlb etməyə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 15, 2018 16:30 Asia/Baku
  • Camal Qaşıqçı müəmməsi
    Camal Qaşıqçı müəmməsi

Ərəbistanlı jurnalist Camal Qaşıqçının yoxa çıxması və ya qətlə yetirilməsi hadisəsinin pərdə arxasında cərəyan edən hadisələr diqqətləri özünə cəlb etməyə başlayıb.

Ali-Səud rejiminin siyasətlərinin tənqidçilərindən olan ərəbistanlı jurnalist Camal Qaşıqçının Türkiyədə yoxa çıxması hadisəsi, Türkiyə, ABŞ və Ərəbistan arasında ciddi qalmaqla səbəb olub.

Ərəbistanın senarisinin əsas problemi bu barədəkəi açıqlamalarında təzadların olmasıdır. Faktlara əsasən Qaşıqçı İstanbulda Ərəbistanın Baş Konsulluğuna daxil olduqdan sonra, bir daha oranı tərk etməyib.

Türkiyə rəsmiləri isə Qaşıqçının öldüyünü təsdiq ediblər: "Amerikada yaşayan ərəbistanlı jurnalist və siyasi fəal Camal Qaşıqçı Səudiyyə Ərəbistanı hökumətinin ən yüksək rəsmisinin göstərişi əsasında, bir qrup peşəkar ərəbistanlı məmur tərəfindən çox sürətli və mürəkkəb əməliyyat nəticəsində qətlə yetirilib. Qaşıqçı konsulluqda olduğu ilk iki saat ərzində qətlə yetirilib və daha sonra onun cəsədini doğrayaraq, konsulluq binasından çıxardıblar."

ABŞ da bu hadisə ilə bağlı ikili yanaşımalara malik olub. İctimai və siyasi azadlıqları himayə iddiasında olan bir ölkənin bu kimi mövqe sərgiləməsinin mənfi nəticəsi, Ərəbistanın tənqidçi bir jurnalistə qarşı icra etdiyi senarinin mənfi nəticəsindən daha ağırdır.

Camal Qaşıqçını qətlə yetirməkdə ittiham olunan Ərəbistan rəsmiləri Ər-Riyadın tənqidçisi olan bir jurnalistin terror edilməsinin, Ərəbistanın regional və beynəlxalq müttəfiqləri tərəfindən bu ölkədən maksimum bac almaq üçün bir fürsət olacaq dəyərləndiriləcəyini gözləmirdilər.

İndi, Qaşıqçı müəmması Ərəbistan vəliəhdini dalana dirəməklə yanaşı, Ərəbistanda müxtəlif iqtisadi layihələr icra etmək və ya investisiya qoymaq istəyən ölkələr və şirkətlərin böyük risk ilə üzləşməsinə də səbəb olub.

ABŞ-ın keçmiş enerji naziri Ernest Muniz: "Bin Salmanın öz arzularını gerçəkləşdirməsi üçün nəzərdə tutduğu iqtisadi layihələrdəki və modern Neom şəhərinin salınmasındakı məsləhətçi rolu dayandırılır."

Ankara isə Ərəbistaının Qaşıqçı olayı ilə bağlı təklif etdiyi "susmaq haqqı"nı rədd edərək, Türkiyənin ölkələr və dövlətlərin öz tənqidçiləri və müxaliflərini cəzalandırdıqları məkana çevrilməsinə icazə verməyəcəyini bildirib: "Xüsusi komitə yaradaraq, Camal Qaşıqçının yoxa çıxması olayını  yaxından izləyirik."

ABŞ prezidenti də öz hərbi və təhlükəsizlik xərclərini Ərəbistana yükləmək və neft bazarındakı durumdan külli miqdarda gəlir əldə etmək istəməsinə baxmayaraq, ictimai qınaq və beynəlxalq tənqidlər qarşısında daha artıq davam gətirməyərək, Qaşıqçı olayı ilə bağlı sükutuna son qoymağa məcbur olub. İkili mövqe sərgiləməsinə baxmayaraq, ABŞ hökuməti də Ərəbistanın tənqidçiləri sırasına qoşulmaqdan boyun qaçırda bilməyib: "Qaşıqçı olayında müsbət bir həll yolunun olduğuna ümidvaram."

Qaşıqçı olayı, necə sonlanmasından asılı olmayaraq, öz ikili siyasətləri ilə insan haqları, demokratiya və mədəni azadlıqları "dollar"a qurban verməsi ABŞ-ın dünyadakı imicinə hər zaman olduğundan daha artıq zərbə vurmuş olub.