Ümumdünya Ərzaq Proqramı: 12 milyon yəmənli qıtlıqla üz-üzədir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i325704-Ümumdünya_Ərzaq_proqramı_12_milyon_yəmənli_qıtlıqla_üz_üzədir
Birləşmiş Millətlərə Təşkilatının Ümumdünya Ərzaq Proqramının Yəməndəki ofisinin rəhbəri dünən CNN telekanalına verdiyi müsahibədə bildirib ki, 12 milyon yəmənli Qıtlıq təhlükəsi ilə üz-üzədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 16, 2018 07:28 Asia/Baku
  • Ümumdünya Ərzaq Proqramı: 12 milyon yəmənli qıtlıqla üz-üzədir
    Ümumdünya Ərzaq Proqramı: 12 milyon yəmənli qıtlıqla üz-üzədir

Birləşmiş Millətlərə Təşkilatının Ümumdünya Ərzaq Proqramının Yəməndəki ofisinin rəhbəri dünən CNN telekanalına verdiyi müsahibədə bildirib ki, 12 milyon yəmənli Qıtlıq təhlükəsi ilə üz-üzədir.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Stephan Anderson deyib: 18 milyon yəmənli də növbəti yeməyini necə təmin edəcəyini bilmir. 

BMT-nin Yəməndə humanitar məsələlər üzrə koordinatoru da dünən BBC telekanalına müsahibəsində deyib ki, Yəmən müharibəsi ümumölkə qıtlığa gətirib çıxarmaqdadır. 

Lis Qrandi deyib: Yəməndə müharibənin dayandırılmaması təqdirdə əsrin ən böyük qıtlığı baş verəcək. 

Birləşmiş Millətlər Təşkilatı da bildirib ki, Yəmən dünyada ən kəskin ərzaq böhranı ilə üz-üzədir.