Sionist rejim tərəfindən Xan Əl-Əhmər kəndi dağıdılır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i325728-sionist_rejim_tərəfindən_xan_Əl_Əhmər_kəndi_dağıdılır
Sionist rejim buldozerləri bu gün səhər Fələstin kəndi olan Xan Əl-Əhmər kəndini tam dağıtmaq məqsədi ilə kəndin ətrafındakı küçələri sökməyə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 16, 2018 17:17 Asia/Baku
  • Sionist rejim tərəfindən Xan Əl-Əhmər kəndi dağıdılır
    Sionist rejim tərəfindən Xan Əl-Əhmər kəndi dağıdılır

Sionist rejim buldozerləri bu gün səhər Fələstin kəndi olan Xan Əl-Əhmər kəndini tam dağıtmaq məqsədi ilə kəndin ətrafındakı küçələri sökməyə başlayıb.

Kənd sakinləri Ənnəqəb səhrasının tayfalarından ibarətdir və onlar 1953-də sionist rejim tərəfindən səhradan qovularaq bu ərazidə məskunlaşmaq məcburiyyətində qalıblar. 

İSNA-nın verdiyi məlumata görə, ayırıcı divar və qəsəbə inşası ilə mübarizə heyətinin üzvü Qasım Əvad deyib: Fələstinli fəallar və Fələstin hüquqlarını müdafiə edənlər kəndin dağıdılmasının qarşısını almaq üçün İordan çayının qərb sahilində kəndin girişi istiqamətində toplaşıblar. 

Sionist rejimin ali məhkəməsi sentyabrın beşində Xan Əl-Əhmər kəndinin dağıdılmasına dair hökm verib.